- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin dəvət göndərdiyi ilk futbolçunun adı bilinib. Allsport.az saytı xəbər verir ki, 53 yaşlı xorvatiyalı mütəxəssis Almaniyanın “Proyssen” klubunda çıxış edən Rüfət Dadaşovu yığmaya çağırıb. Hücumçu 17–25 martda yığmanın düşərgəsində yer alacaq.
Xatırladaq ki, “ay-ulduzlular”ımız martın 21-də AÇ-2020-nin “E” qrupunda ilk turda Xorvatiya komandasının qonağı olacaq. 4 gün sonra millimiz paytaxtda Litva futbolçuları ilə yoldaşlıq oyunu keçirəcək.