- Baxış sayı: 11
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

“Brayton” “Fiorentina”nın müdafiəçisi İqor Xulionu transfer etməyə yaxındır.
Allsport.az xəbər verir ki, 25 yaşlı braziliyalı İngiltərə klubu ilə şəxsi şərtləri razılaşdırmağa yaxındır.
İqorun müqaviləsi 2027-ci ilə qədər hesablanacaq və hazırda klublar transferin məbləği ilə bağlı danışıqlar aparır.
Fiorentina daha əvvəl “Fulhem”in 7 milyon funt sterlinqlik təklifini rədd etmişdi. İtaliya klubu braziliyalı üçün təxminən 20 milyon avro tələb edir.
Xulio ötən mövsüm “A” seriyasında 27 oyuna çıxıb.