“Xviça xüsusi futbolçudur”

İspaniya millisinin müdafiəçisi Naço Avropa çempionatının 1/8 finalında Gürcüstanla oyun ərəfəsində “Napoli”də çıxış edən Gürcüstan yığmasının hücumameyilli yarımmüdafiəçisi Xviç Kvaratsxeliya haqda fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Şübhə yoxdur ki, Xviça xüsusi futbolçudur. Biz bu mövsüm çempionlar liqasında iki dəfə ona qarşı oynadıq və deyərdim ki, o, digərlərindən tamamilə fərqlidir.

O, çox sürətli və təkbətək oyunda yaxşıdır. Onun Gürcüstan komandasının lideri olması və onların öhdəsindən gəlməli olacağımız əsas təhlükə şübhəsizdir.

Həmin kateqoriyadan