- Baxış sayı: 35
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 52
- Dekabr 05, 2025
- 0

Xviça Kvartsxeliyanın qolu “A” seriyasında mövsümün ən yaxşısı kimi tanınıb.
Allsport.az xəbər verir ki, müdafiəçi mükafatı “A” seriyasının 26-cı turunda “Napoli ”nin “Atalanta”ya vurduğu qol (2:0) üçün alıb.
60-cı dəqiqədə Xviça topu cərimə meydançası xaricində qəbul edərək, üç rəqibini aldatma hərəkətləri ilə keçib və qol vurub.
22 yaşlı gürcü ötən mövsüm “Napoli”nin heyətində 43 oyuna çıxıb, 14 qol vurub və 17 məhsuldar ötürmə edib.