Xviçaya Fransadan təklif var

“Napoli”nin cinah oyunçusu Xviça Kvaratsxeliyanın maraqlarını təmsil edən agenti Mamuka Cuqeli PSJ-nin gürcüstanlı futbolçunun transferi üçün təklif göndərdiyini təsdiqləyib.

Allsport.az xəbər verir ki, bu barədə o, “Football İtalia”ya açıqlama verib:

“Səudiyyə klublarının maraqla bağlı məlumatı doğru deyil, lakin PSJ-dən maraq və təklif var. Hər şey Napoli və De Laurentisdən asılıdır.

İndi o, bütün diqqətini Avropa çempionatına cəmləyib və Gürcüstan millisinin heyətində ilk böyük turnirdə yaxşı çıxış etmək istəyir. O, başqa heç nə ilə diqqətini yayındırmaq istəmir”.

Həmin kateqoriyadan