- Baxış sayı: 12
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 44
- Noyabr 26, 2024
- 0
Noyabrın 11-də Dünya Kuboku-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya – Azərbaycan oyununun keçiriləcəyi «Windsor park»ın ot örtüyü yaxşı vəziyyətdə deyil. Allsport.az saytı xəbər verir ki, qapıların qarşısında müəyyən hissələrdə və yan xətt boyunca otdan demək olar ki, əsər-əlamət yoxdur.
Bir neçə gün əvvəl aylıq normadan artıq düşən yağıntı ot örtüyünü korlayıb. Stadionun əməkdaşı yağış yağacağı təqdirdə qazonun daha da bərbad hala düşəcəyini söylədi. Noyabr ayı üçün qazonun hazırkı vəziyyətini normal hesab edən həmin şəxs yağışdan başqa komandaların oyunöncəsi məşqlərinin də ot örtüyünə təsirsiz ötüşməyəcəyini bildirdi.