Yamal öz ad günündə qalmaqal yaratdı: cırtdanları aşağıladı, qızları döş ölçüsünə görə seçdi – FOTO

13 iyulda “Barselona”nın ulduz futbolçusu Lamin Yamal 18 yaşını Olivelya bölgəsində yerləşən villada qeyd edib.

Allsport.az xəbər verir ki, tədbirdə təxminən 250 nəfər iştirak edib.

Gecə yarısı başlayan ad günündə iki əsas qayda olub: bütün qonaqlar girişdə telefonlarını təhvil verib və narkotik maddələrin istifadəsi qadağan edilib. Tədbir “qanqster” üslubunda təşkil olunub. Yamal ağ kostyum, qara əlcək və əsa ilə diqqət çəkib.

Şənlikdə “Barselona”dan Qavi, Balde, Arauxo, Rafinya, Levandovski, Fermin Lopes və digər oyunçular iştirak ediblər. Həmçinin sabiq oyunçular Pike və Joau Feliks də tədbirə qatılıb. “Atletik”dən Nico Uilyams dəvət olunsa da, tədbirdə görünməyib.

Məşhur ifaçılar – Bizarrap, Quevedo, Ozuna və Bad Gyal canlı ifaları ilə çıxış ediblər. F1 pilotu Şarl Lekler də mərasimə qatılanlar arasında olub.

Tədbir qalmaqalla da yadda qalıb. Model Klaudia Kalvo bildirib ki, təşkilatçılar ondan böyük döşlü sarışın qızlardan ibarət 12 nəfərlik qrup toplamağı xahiş ediblər. Hər qıza 10-20 min avro və şəxsi xərclər üçün kart təklif olunub.

Bundan başqa, villaya boyu qısa insanlardan ibarət mikroavtobusla qrup gətirildiyi bildirilib. Bu, kiçik boylu insanlar assosiasiyasının etirazına səbəb olub. Qurum futbolçuya qarşı hüquqi və ictimai tədbirlər görüləcəyini açıqlayıb.

Bu, Yamalın yayda gündəmə gələn ilk qalmaqalı deyil. O, daha əvvəl 29 yaşlı “Onlyfans” modeli Fati Vaskeslə tətil edərkən də tənqid olunmuşdu.

Həmin kateqoriyadan