Yamal üçün 250 milyon avro

“Barselona”nın prezidenti Xuan Laporta gənc ulduz Lamin Yamal üçün astronomik transfer təklifi aldıqlarını, lakin bunu rədd etdiklərinə dair açıqlama verib.

Allsport.az xəbər verir ki, PSJ klubu 18 yaşlı vinger üçün Kataloniya təmsilçisinə tam 250 milyon avro təklif edib.

“Mən PSJ-nin Yamal üçün bu məbləği ödəməyə hazır olması ilə fəxr edirəm, lakin biz imtina etdik. Onun bizimlə 2030-cu ilə qədər müqaviləsi var” – deyə Laporta bildirib.

2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edən Yamal indiyədək bütün turnirlərdə 142 matça çıxaraq 44 qol və 49 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan