- Baxış sayı: 26
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yaponiya millisinin yarımmüdafiəçisi Vataru Endo karyerasını İngiltərədə davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, transfer hüquqları “Ştutqart”a məxsus olan futbolçu “Liverpul”un maraq dairəsinə düşüb.
Mersisaydlılar 30 yaşlı orta xətt oyunçusu üçün 18 milyon avro ödəməyə hazırdır. Avqustun 17-də onun tibbi müayinədən keçirilməsi planlaşdırılır. Prosesi uğurla adlayacağı təqdirdə, Vataru ilə 3 illik müqavilə imzalanacaq.
Ötən mövsüm Endo 40 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.