- Baxış sayı: 32
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Bu gün Qətərdə futbol üzrə dünya çempionatının 3-cü turunda “E” qrupunda həyacanlı anlar yaşanıb. Allsport.az saytı xəbər verir ki, hər 2 matçda durum vaxtaşırı dəyişib.
Almaniyanı 2:1 məyus etməklə sensasiya edən Yaponiya futbolçuları, son oyunda eyni hesabla Dünya Kubokuna daha bir iddialı komandanı, İspaniyanı yenərək, lider kimi 1/8 finala çıxıblar.
Almaniya seçməsi Kosta Rikaya 4:2 qalib gəlsə də, top fərqinə görə pireneylilərdən geri qalaraq, qrupda 3-cü olublar. İspaniyanın dadına ilk oyunda mərkəzi amerikalılara 7:0 hesablı qələbə çatıb.