Yaponiyalını “Zenit”ə satmadı

“Seltik” mərkəz yarımmüdafiəçisi Reo Xatatanı “Zenit”ə satmaqdan imtina edib. Allsport.az saytı xəbər verir ki, iyulda Sankt Peterburq komandası 26 yaşlı futbolçunun transferi üçün Şotlandiya təmsilçisinə təklif göndərsə də, rədd cavabı alıb.

Premyer liqaya qayıdan “Lester” də yaponları transfer etməkdə maraqlıdır. Transfermarkt, onun dəyərini 10 milyon avro olaraq qiymətləndirir. Ötən mövsüm yarımmüdafiəçi “keltlər”in heyətində 21 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan