“Yaratdığımız qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkdik”

Premyer liqanın 4-cü turunda “Qəbələ” – “Sabah” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“İki fərqli hissə izlədik. Birinci hissədə üstünlük daha çox bizdə olsa da, yaratdığımız qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkdik. Ümumi götürəndə komandanın oyunundakı dinamika xoşuma gəldi.

Çalışırdıq ki, daha çox hücumda oynayaq. Məğlubiyyəti düzgün analiz edəcəyik. Qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq”.

Həmin kateqoriyadan