- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Bulvarda yerləşən Formula-1 əyləncə zonasında 21 may saat 16:00-da baş tutacaq “Yarışa 1 ay qaldı” adlı tədbir keçirəcək. Allsport.az saytı xəbər verir ki, BŞH-ın təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa qran-prisinin elçilərindən əməkdar artist, bəstəkar Tünzalə Ağayeva, Formula-1 üzrə idman şərhçisi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, əməkdar artist Murad Dadaşov iştirak edəcək.
Tədbir zamanı Formula-1 Avropa qran-prisinin elçiləri sevənləri ilə görüş keçirəcək və iştirakçılara avtoqraflar təqdim edəcəklər. Bununla yanaşı, ulduz elçi Tünzalə Ağayeva Bakıda ilk dəfə keçiriləcək bu yarışa həsr etdiyi mahnını məhz bu tədbir zamanı ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, tədbirdən əvvəl Red Bull şirkəti tərəfindən mini trek yarışı keçiriləcək və yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.