- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan – Rusiya oyunundan sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə matçla bağlı fikirlərini bölüşüb. Allsport.az sizi həmin açıqlamalarla tanış edir:
“Komandamız bu gün nəyə qadir olduğunu göstərdi. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Qeydə alınan hesab da göstərir ki, komandamız futbol oynaya bilir. Futbolçularımız hər oyunda xarakter göstərsələr, yaxşı nəticə qazanmaq mümkündür. Vacib olan özünəinamdır. Biz Almaniya yığması ilə qarşılaşmada da bugünkü sistemdən istifadə etdik və oyunumuz pis alınmadı. Bu gün Rusiya yığmasından daha yaxşı oynadıq və onlardan üstün olduq”.