- Baxış sayı: 30
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Türkiyə superliqasında 20-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” doğma meydanda “Fənərbağça” ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu matçda heç-heçə edib (1:1). Forvard görüşə start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib. “Yaşıl timsahlar” hazırda 28 xalla 18 klub arasında 7-ci pillədədir.