- Baxış sayı: 28
- 25 Aprel 2025 23:23
- Baxış sayı: 66
- Aprel 25, 2025
- 0
“Bursaspor” Türkiyə 1-ci liqasının 22-ci turunda təxirə salınmış oyunda “Əyyubspor”un qonağı olub.
Allsport.az saytı xəbər verir ki, yanvarın 23-də keçirilməli olan matç güclü qar səbəbindən 13-cü dəqiqədə, meydan sahibləri 1:0 hesabı ilə öndə olduğu vaxt yarımçıq dayandırılmışdı.
Qaldığı yerdən davam edən görüşdə daha 2 qol vuran meydan sahibləri 3:0 qalib gəliblər. Millimizin futbolçusu Namiq Ələskərov start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Yaşıl timsahlar” 25 xalla 19 klub arasında 18-ci pillədə qalıb.