- Baxış sayı: 5
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 55
- Noyabr 26, 2024
- 0
Türkiyənin “Bursaspor” klubunun azarkeşləri bu komandada çıxış edən Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın oyunundan narazıdırlar. Allsport.az saytı xəbər verir ki, buna səbəb, onun son dövrlərdə 90 dəqiqə meydanda olmasına rəğmən, fərqlənmə bilməməsidir.
Son turda Türkiyənin “Qalatasaray” klubuna 1:3 hesabı ilə uduzan “yaşıl timsahlar”ın forvardı yalnız ötən mövsüm (!) rəqibi cəzalandırıb. Onun qol vura bilmədən meydanda olduğu 540 dəqiqədə “dişsiz” oyunu fanatların səbr kasasını daşırıb.
Mövsümün əvvəlini zədə səbəbindən buraxan futbolçu baş məşqçi Həmzə Həmzəoğlundan son 6 oyunda start heyətdə şans görüb. Bu oyunların yalnız birində – “Alanyaspor”la görüşdə qol ötürməsi ilə yadda qalan millimizin forvardının qeyri-məhsuldarlığı artıq xüsusi diqqət çəkir.