- Baxış sayı: 30
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 32
- Dekabr 05, 2025
- 0

2009-cu ildə Formula-1 dünya çempionatının qalibi Censon Battonun nailiyyəti rəsmi olaraq əbədiləşdiriləcək. Allsport.az saytı xəbər verir ki, o, əldə etdiyi nailiyyətə görə Ginnesin “Rekordlar kitabı”ndan rəsmi sertifikatını alıb:
“Əslində, 2003-cü ildə mənim ən yaxşı nəticəm 30 saniyədə 56 uğurlu reaksiya olub, lakin bu naliyət “Rekordlar kitabı”na düşməyib. O vaxt mənim 20 yaşım var idi. Mənə bu rekordu təkrarlamaq təklifi gələndə, “Yaxşı, cəhd edə bilərəm, amma bu, çox çətin olacaq, çünki artıq 43 yaşım var” deyə vurğuladım.
Bacardığım üçün çox məmnunam. Formula-1 yarışlaında qalib gəlməyi və ya VATAK simulyatorunda dünya rekordu vurmağını bacarmağınız möhtəşəm bir hissdir! Beləliklə, siz digərlərini də üstələyə bilmisiniz. Adrenalin yüksək olduğundan, mən rekordu qırdığımda hami canşəfanlığla bunu qeyd edirdi. Formula-1 bolidini idarə edərkən, tribunadan alqış səslərini eşitmədiyimiz üçün, belə dəstəyi hiss etmək möhtəşəm idi!”