- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 11-ci turunda “Neftçi” – “Zirə” (2:2) oyunundan sonra Samir Abbasovun mətbuat konfransını keçirilib. Allsport.az saytı xəbər verir ki, qonaq komandanın baş məşqçisi açıqlaçasında iddialı danışıb:
“Bu gün qalibiyyət yerinə düşərdi. Təəssüf ki, bu, baş vermədi. Lider komandaya qarşı belə oynadıq. Uşaqlara dedim ki, qeyri-adi heç nə etmədik. Sadəcə, öz oyunumuzu oynadıq. Yaxşı komanda qurulması üçün vaxt lazımdır. Bugünkü oyunumuz yetərlidi.
Uşaqlar can qoydular. Bu, o demək deyil ki, məqsədimiz “Neftçi”ni saxlamaq idi. Yox, əvvəlki matçlarda da belə oyamışdıq. Vəziyyətimiz yaxşı deyil. İki gün bundan qabaq məşqdə heç nədən Kamal Mirzəyev zədələndi, dünənki məşqdə İlkin Qırtımovun ayağı burxuldu, oyundan öncə isinmə hərəkətləri zamanı Dilan əzələsini dartdı.
Oyunun gedişatında Anarın belə olmağı… Bilmirən, bu nədir. İşimiz həddən artıq çətindir. Xahiş edirəm ki, bizi başa düşsünlər. Belə vəziyyətdə futbolabənzər nəsə etməyə çalışırdıq”.