“Yaxşı oyun və nəticə göstərmək istəyirik”

Bu gün “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin ilk oyununda Polşada “Rakuv” (Çenstoxova) klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə baş məşqçi Qurban Qurbanov bunu deyib: “Çox ciddi bir rəqibə qarşı oynayacağıq. İstəkli komandadır. Bu komanda öz oyun intizamı ilə digərlərindən çox fərqlənir.

Biz bu komandaya qarşı yoxlama oyununda oynasaq da, indi onlarda xeyli dəyişiklik var. Daha intizamlı və keyfiyyətli komanda olublar. Yaxşı oyun və nəticə göstərmək istəyirik. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla ən azından azarkeşlərimizi sevindirə biləcəyik”.

Matç Bakı vaxtı ilə 22:15-də başlayacaq.

Həmin kateqoriyadan