- Baxış sayı: 37
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 169
- Yanvar 09, 2026
- 0

“Vest Hem” qış transfer pəncərəsində ilk keçidini açıqlayıb.
Allsport.az xəbər verir ki, Portuqaliyanın “Jil Visente” klubunda çıxış edən 22 yaşlı braziliyalı hücumçu Pablo Felipe ilə 4,5 illik müqavilə bağlanılıb.
Pablo Felipeni baş məşqçi Nunu Eşpiritu Santu komandanın əsas transfer hədəfi kimi müəyyənləşdirib. Futbolçu ilə anlaşmada daha 1 mövsüm uzatma şərti də yer alır.
Transferin məbləği 23 milyon avro təşkil edib. “Sambaçı” yeni klubunda 19 nömrəli köynəyi geyinəcək.
Pablo Felipe 2025/2026 mövsümünün ilk yarısında Portuqaliya çempionatında 12 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. “Jil Visente” klubu onu ötən yay “Famalikan”dan 250 min avroya transfer etmişdi.