Yayımla bağlı nə dedi?

Bu gün I və II liqada yeni mövsümün püşkatmasından sonra PFL-in media və marketinq direktoru Sənan Abdullayev yayım məsələsi necə tənzimlənəcəyinə aydınlıq gətirib. Allsport.az saytı xəbər verir ki, o, bir neçə yayım şirkəti ilə danışıq apardıqlarını qeyd edib:

“Yekun nəticə əldə olunana qədər I liqanın bütün oyunları istisnasız olaraq canlı yayımlanacaq. II liqadakı matçların canlı yayımı üçün ciddi işlər aparılır. I liqanın canlı yayımlanacağı dəqiqdir, II liqada da eynisi üçün çalışırıq.

Bütün prosedurlar həyata keçirildikdən sonra I və II Liqa oyunlarının “I liqa/II liqa” yutub kanalımızda canlı yayımı olacaq. Bu, ən azı 1 ay müddət üçün nəzərdə tutulub. Sonra hər hansı şirkətlə müqavilə imzalansa, ola bilər ki, matçları izləmək üçün müəyyən məbləğ ödəməklə həmin qurumun tətbiqində canlı baxmaq mümkün olsun.

Həmin kateqoriyadan