- Baxış sayı: 20
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 102
- Noyabr 19, 2024
- 0
“Legiya”nın yeni baş məşqçisi Aleksandr Vukoviç, bu klubda çıxış edən millimizin üzvü Mahir Əmrəli ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət almış hücumçu ilə son hadisələri müzakirə edib. O, Mahirin komandada qalmasını və qış fasiləsində Dubaya təlim-məşq toplanışına yollanmasını istəyir.
Xatırladaq ki, “Legiya” fanatları ekstraklasanın 18-ci turda “Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra, futbolçulara hücum edib. Nəticədə, hücumçumuz başından xəsarət alıb. O, hadisədən sonra oyuna və məşqlərə çıxmır.