“Yeni gələnlərin fiziki durumunun aşağı olması bizə əziyyət verir”

“Sumqayıt” premyer liqanın 4-cü turunda səfərdə “Araz Naxçıvan” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov bunu deyib:

“Oyunun bəzi hissələrində rəqib üstünlüyü ələ almışdı. Keçənilki vəziyyəti nəzərə alsaq, bu mövsüm çempionatın üç oyununda da xal götürmək bizim üçün yaxşı haldır. Vaxtımız var, hazırlaşacağıq. Yeni gələn oyunçuların fiziki durumunun aşağı olması bizə əziyyət verir.

Oyun tonusunu matçboyu saxlaya bilmirik. Amma birinci hissədə xoş olan məqamlar var idi, yaxşı hücumlar qururduq. İstəyirik ki, bunu bütün oyun edək. Alınsa, daha yaxşı komanda görəcəyimizə inanıram”.

Həmin kateqoriyadan