- Baxış sayı: 75
- 30 Yanvar 2026 23:49
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda 8 komandadan 100-dən çox idmançı iştirak edib.
Çempionatın 2-ci günündə oğlanlar arasında uzunluğa tullanmada Kəsgin Abbaszadə, hündürlüyə tullanmada isə Aydın Bədəlov qalib adını qazanıblar. Qızlarda uzunluğa tullanmada Sabrina Zralova, nizə atmada Könül Əliyeva 1-ci yerə tutublar.
Qaçış növlərində Teymur Salahzadə, Lamiyə Vəliyeva (200 m), Vahid Kərimov və Günel Manafova (800 m) ilk sıraya yüksəliblər.