- Baxış sayı: 129
- 20 Mart 2026 23:43
- Baxış sayı: 153
- Mart 19, 2026
- 0

Azərbaycanda keçirilən U-17 arasında Avropa çempionatında bu gün “A” və “B” qruplarında son turun görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, millimizin taleyinə məhz bu gün aydınlıq gəlib.
Yeniyetmə “ay-ulduzlular”ımız həlledici görüşdə Şotlandiya ilə qarşılaşıb. Eyni vaxtda qrupumuzun digər oyununda Portuqaliya Belçika ilə üz-üzə gəlib. Millimizin qrupdan çıxması üçün Şotlandiyaya mütləq böyük hesabla qalib gəlməsi, pireneylilərin isə “Qırmızı şeytanlar”ı darmadağın etməsi lazım idi.
Bizimlilər vəzifəsinin öhdəsindən minimum gəlib – 1:0. O biri matçda hesab açılmadığından, Azərbaycan komandası 1/4 finala çıxa bilməyib; digər mərhələyə Portuqali ilə Belçika kollektivləri adlayıblar.
“B” qrupunda isə Bosniya və Herseqovina Ukrayna ilə, Almaniya da Avstriya ilə münasibətlərinə aydınlıq gətirəcək.