Yerli əl işi istehsalçıları arasında Azərbaycan mükafat yarışı üçün müsabiqəsi

Bakı şəhər halqası əməliyyat şirkətinin 5-illiyi münasibəti ilə yerli əl işi və suvenir istehsalçıları arasında Formula1 Azərbaycan qran-prisi 2020 üçün müsabiqə keçirir.

Allsport.az saytı xəbər verir ki, bunda məqsəd əl işi və suvenir hazırlığı ilə məşğul olanlara dəstək göstərmək və onları avtoidmana aid milli suvenirlər hazırlamağa təşviq etmək və həmçinin cəlbediciliyi baxımından xüsusilə fərqlənən suvenirləri seçərək yarış zamanı onların satışına köməklik göstərməkdir.

BŞH-nin korporativ sosial məsuliyyət proqramı çərçivəsində keçirilən müsabiqədə azı 18 yaşa malik istənilən yerli əl işi və suvenir istehsalçısı fərdi sahibkar kimi və ya əlaqədar biznes qurumu adından iştirak edə bilər. İştirak ödənişsizdir və iştirakçılar müsabiqəyə bir və ya daha çox əl işi nümunəsi təqdim edə bilərlər.

Həmin kateqoriyadan