Azərbaycan mükafat yarışına yerli KİV-in qeydiyyatı başladı

Bu gündən Formula-1 Azərbaycan qran-prisinə yerli media
nümayəndələrinin akkreditasiyasına start verilib. Allsport.az saytı xəbər verir ki, qeydiyyat 9 martda saat 13:00-da başlayıb, 14 aprel saat 17:00-da yekunlaşacaq.

10-12 iyunda Azərbaycan mükafat yarışına daxil olmaqla, dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq avtomobil federasiyası və Formula-1 şirkəti tərəfindən tənzimlənir. Yerli KİV-in yarışa qeydiyyatı Bakı şəhər halqası əməliyyat şirkəti tərəfindən icra olunur.

İstəlkli olanlar BŞH-nin rəsmi akkreditasiya səhifəsinə (https://www.bakucitycircuit.com/az/media-accreditation) daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra, onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmır.

Yerli jurnalistlərdən ölkə daxilindəki COVİD-19 qaydalarına riayət olunması tələb olunacaq. 2022-ci il yarışlarına bu virusa qarşı 2 doza vaksin vurdurmuş və “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti bitməmiş yerli KİV ala biləcək. Peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş media nümayəndələrindən buster dozasını vurdurmaları xahiş olunur.

Bildiririk ki, vaksinasiya ilə bağlı şəxsi məlumatlar artıq akkreditasiya üçün ərizə formasında tələb olunacaq.

Həmin kateqoriyadan