- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Bakı şəhər halqası əməliyyat şirkəti “Hilton” mehmanxanasının “Sevda” zalında yerli KİV üçün 2021 Formula1 Azərbaycan qran-prisinin akkreditasiya qaydaları haqqında seminar keçirdi. Allsport.az saytı xəbər verir ki, 20-dən çox jurnalistin iştirak etdiyi seminarda, iştirakçılara bu ilin yayında Bakıda 5-ci dəfə keçiriləcək avtomobil yarışının qeydiyyatı barədəətraflı məlumat verildi. Nəzərdə tutulan proses 2-20 martda onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (https://www.bakucitycircuit.com/az/media-accreditation) vasitəsilə həyata keçiriləcək.
Artıq 5 ildir ki, yerli media nümayəndələri, Formula1 management və Beynəlxalq avtomobil federasiyası ilə birgə qurduğumuz səmərəli işin nəticəsi olaraq hər il mütəmadi olaraq 100-dən çox milli mətbuat nümayəndələri və fotoqraflar, 7 milli televiziya qurumu yarışa akkreditasiya alır. Bu mövsümdə pandemiya ilə əlaqədar olaraq bütün dünya üzrə müşahidə olunan jurnalist akkreditasiyası saylarına qoyulan məhdudiyyətləri nəzərə alaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti mətbuat nümayəndələrini akkreditasiya dövründə daha operativ və səmərəli iş birliyinə çağırır.
Azərbaycan qran-prisi daxil olmaqla, bütövlükdə 2021 FİA Formula1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası FİA və FOM tərəfindən kurasiya olunur.
Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.