Yerli media nümayəndələri üçün akkreditasiya müddəti uzadılıb

26-28 apreldə Formula1 Azərbaycan qran-prisinə yerli KİV üçün qeydiyyat uzadılıb. Allsport.az saytı xəbər verir ki, proses martın 5-i saat 17:00-dək davam edəcək. Sənəd qəbulunun uzadılmasına səbəb yeni müqavilədən sonra yerli jurnalistlər tərəfindən builki yarışa böyük diqqətin göstərilməsi olub.

Azərbaycan mükafat yarışı da daxil olmaqla, bütövlükdə 2019-cu il Formula dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı Bakı Şəhər Halqası əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Həmin kateqoriyadan