- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“Qəbələ” ilə yollarını yenicə ayırmış paraqvaylı yarımmüdafiəçi Derlis Meza Kolli klubdan gedişi barədə fikirini açıqlayıb. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, o, həmkarımızla söhbətdə, bunu söyləyib:
“Klub rəhbərliyi komandada qalmağımı istəyirdi. Orada keçirdiyim vaxta görə hər kəsə minnətdaram. Amma məni buraxmalarını, müqaviləyə xitam vermələrini xahiş etdim. Halbuki, müqavilənin müddəti mövsümün sonunda başa çatacaqdı.
Rəhbərliklə görüşdə qalmağımı istədilər. Lakin baş məşqçinin mənə göstərdiyi o cür münasibətin qarşılığında qalmağın mənası yox idi. Hazırda “Serro Portenye”dən aldığım müqaviləni nəzərdən keçirirəm. Paraqvayın ən böyük klublarından biridir. Amma hələ yekun qərarımı verməmişəm. Çünki başqa təkliflər də var”.