- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 168
- Mart 30, 2026
- 0

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, millimiz “Antalyaspor”un ikinci komandası ilə qarşılaşıb.
Oyun Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Millimizin heyətində Ayxan Süleymanov fərqlənib.
U-19 yığmamız daha öncə İraqın U-20 komandası ilə heç-heçə (2:2) edib, Ukraynanın “Rux” (Lvov) klubunun ikinci komandasına uduzub – 0:1.