- Baxış sayı: 18
- 01 Aprel 2026 11:55
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

U-21 Avropa çempionatının seçmə mərhələsində Slovakiya evdə Azərbaycan futbolçularına 90+4-cü dəqiqədə vurduğu dəqiq zərbə ilə 2:1 hesablı qələbə qazanıb.
Allsport.az saytı xəbər verir ki, qoldan sonra hakimlərə etirazını bildirən millimizin baş məşqçisi Milan Obradoviç 2-ci xəbərdarlığı alaraq, texniki zonadan uzaqlaşdırılıb. Serbiyalı mütəxəssis ilk xəbərdarlığını 88-ci dəqiqədə alıb.
O, oktyabrın 13-də Gürcüstanla səfər matçında texniki zonada ola bilməyəcək.