- Baxış sayı: 53
- 27 Yanvar 2026 10:22
- Baxış sayı: 127
- Fevral 04, 2026
- 0
Xorvatiyanın “Hayduk” klubu baş məşqçisiz qaldı. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası son dövrlər uğursuz çıxış etdiyindən, klub rəhbərliyi baş məşqçi Stanko Poklepoviçi postundan uzaqlaşdırıb.
Mövsümün sonunadək baş məşqçi səlahiyyətlərini Qoran Vuçeviç yerinə yetirəcək. Poklepoviçin dövründə elə də çox forma şansı qazanmayan və daha çox yoxlama oyunlarında meydana çıxan Qurbanovun bundan sonra hansı aqibətlə üzləşəcəyi maraqla gözlənilir.