- Baxış sayı: 36
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
Türkiyə superliqasının 33-cü turunda Dəniz Yılmazın komandası doğma meydanda “Gənclərbirliyi”nə 1:2 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, əsas heyətdən uzaqlaşdırılan millimizin hücumçusu yenə görüşün iştirak ərizəsində yer almayıb.
Bu yenilgidən sonra “Bursaspor” 35 xalla 18 klub arasında 15-ci pillədə qalıb. Onu 16-cı sırada qərarlaşan “Rizəspor”dan 2 xal ayırır. “Yaşıl timsahlar” uduzacağı, aşığı dəstəyə düşmək ehtimalı olan rəqibi qalib gələcəyi halda, komanda elitadan uzaqlaşacaq.