- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0

Ukraynanın “Aleksandriya” klubu Niderland toplanışında 2-ci yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “marallar” Belçikanın “Anderlext” komandasını 2:1 üstələyib.
Pavel Paşayev görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.
“Aleksandriya” yerli “AZ Alkmar”la da qarşılaşıb və ona 3:0 qalib gəlib. Həmin görüşdə Azərbaycan millisinin üzvü iştirak etməyib.