- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. Allsport.az xəbər verir ki, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşacaq.
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Valentin Qranatkinin xatirə turniri
C qrupu
6 yanvar
17:30. Azərbaycan – Bolqarıstan
Bu gün qrupumuzdakı digər oyunda Sloveniya Latviya ilə üz-üzə gələcək.