- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0

Almaniya ikinci Bundesliqasında 6-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Yunion Berlin”lə qarşılaşıb. Matç meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Nazarov bu qarşılaşmanın 54-cü dəqiqəsində, hesab 0:2 olarkən meydana çıxıb.
Xatırladaq ki, orta xətt oyunçumuzun komandası onun oynamadığı əvvəlki qarşılaşmada da 0:6 hesablı darmadağınla üzləşmişdi. Qeyd edək ki, “Karlsrue” hazırda 6 xalla 13-cü pillədə qərarlaşıb.