- Baxış sayı: 75
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Erndtebryuk”la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb. Matçdakı yeganə qolu da məhz 41-ci dəqiqədə Toğrul vurub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 8 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.