- Baxış sayı: 27
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Millimizin yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən biri olan Alessandro Skaya açıqlama verib. Allsport.az xəbər verir ki, fiziki hazırlıq üzrə mütəxəssis avqustun 9-da Bakıya yola düşəcəyini deyib:
“Yeni işim mənə çox maraqlı gəlir və sözsüz ki, digərlərindən fərqlənir. Avqustun 9-u Azərbaycana yollanıb, yeni işimə başlayacağam. Sentyabrın 5-i usə Millətlər liqasında ilk oyunumuzu keçirəcəyik. Turnirə daha yaxşı hazırlaşmaq üçün avqust ayında Azərbaycanda olacağıq. Sonra isə hər ayın təqribən 10 gününü və ya hər hansı rəsmi öhdəlik götürənədək bu ölkədə işləyəcəyəm”.