- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Məqsəd aydındır. Buraya üç xal üçün gəlmişik. Ümumiyyətlə, əsas hədəf yaya qədər bütün oyunlarda qələbə qazanmaqdır. Qarşıda San-Marino millisi ilə oyunumuz var. Həmin matçda da bizi qələbədən başqa heç bir nəticə qane edə bilməz”. Allsport.az saytı xəbər verir ki, bunu futbol üzrə Almaniya seçməsinin baş məşqçisi Yoaxim Löv deyib.
Azərbaycanla oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş məşqçi Məsud Özildən başqa bütün futbolçuların forma geyməyə hazır olduqlarını bildirərək deyib: “Yalnız Məsud Özilin meydanda olub-olmayacağı hələ tam məlum deyil. Qapıçı Ter-Ştegen İngiltərə ilə oyunda yaxşı təsir bağışladı. Amma digərləri də məşqlərdə özlərini yaxşı göstərdilər. Ona görə də yalnız oyundan əvvəl start heyətdə kimin yer alacağı ilə bağlı qərar qəbul edəcəyik.
Azərbaycan müdafiə olunmağı yaxşı bacarır, taktiki planı inkişaf etdirib. Azərbaycan millisinin dörd oyundan 7 xal toplaması yaxşı başlanğıcdır. Çex Respublikası və Şimali İrlandiya milliləri ilə növbəti oyunlarda yaxşı nəticələr əldə etsə, Azərbaycan qrup ikincisi ola bilər”.