- Baxış sayı: 100
- 15 Fevral 2026 10:30
- Baxış sayı: 272
- Fevral 13, 2026
- 0

“Denver Naqqets”in ulduzu Nikola Yokiç sol dizindən ciddi zədə alıb.
Allsport.az xəbər verir ki, “Mayami” ilə matçda (123:147) komanda yoldaşı ilə toqquşan serbiyalı mərkəz oyunçusunun dizində gərilmə (hipertekstansiya) baş verib. O, meydanı axsaya-axsaya tərk edib və oyunu davam etdirə bilməyib.
İlkin müayinələr çarpaz bağlarınqırılmadığını göstərib.
Basketbolçu bu gün MRT müayinəsindən keçəcək. Əgər ciddi zədə aşkar olunmasa, onun 1-3 həftəyə qayıtması gözlənilir.
Yokiç zədələnənə qədər cəmi 19 dəqiqədə 21 xal və 8 asistlə oynamışdı.