- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 24
- Noyabr 26, 2024
- 0
Premyer liqanın XXX turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:2) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 43 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Qarşılaşmanın ağır keçəcəyini öncədən də bilirdik. “Neftçi” yaxşı komandadır, heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Dinamik oyuna şahidlik etdik. Hər iki tərəf açıq futbol göstərməyə çalışdı. Futbolçular istədiyimi meydanda verməyə çalışırdılar.
Qalib gəlməyimiz sevindiricidir. Yolumuza davam edirik. Ümumilikdə çempionatda güclü, zəif anlayışı yoxdur. Üç xalı qazanmaq üçün hər görüşə maksimum köklənmək lazımdır. Bunu komanda da dərk edir. Ən önəmlisi bərpa prosesini keçmək və qarşıdakı kubok qarşılaşmasına hazırlaşmaqdır.
Mövsümün sonundakı deyil, qarşıdakı matçı düşünürük. Bütün fikrimiz bu oyuna yönələcək. Həmin görüşü düzgün dəyərləndirmək və yaxşı nəticə qazanmaq istəyirik”.