- Baxış sayı: 33
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan həndbol federasiyasının (AGF) iclası keçirilib.
Allsport.az saytı xəbər verir ki, AHF-in məsul işçiləri və komandaların baş məşqçilərinin iştirak etdiyi iclasda 2023-2024-cü il mövsümünün planları, XXX ölkə çempionatının təşkili, məşqçilər şurasına sədrin seçilməsi, avrokubok oyunlarına hazırlıq və digər məsələlər müzakirə edilib.
Sonra məşqçilərin sualları cavablandırılıb, təklifləri dinlənilib. Tədbirin sonunda yubiley çempionatının püşkü atılıb. Kişilərdə – “Azəryol”, “Bakı”, “Qarabağ”, “Təhsil”, “Dinamo”, “İdman Akademiyası” (hamısı – Bakı) və “Kür” (Mingəçevir); qadınlarda – “Azəryol”, “Bakı”, “Qarabağ”, “Gənclərbirliyi”, “Dinamo”, “İdman Akademiyası” (hamısı- Bakı) və “Kür” (Mingəçevir) mübarizə aparacaqlar.
Rəqabətə “AHF-Arena”da 11 noyabrda start veriləcək.