“Yubileydə bu hesabla qalib gəlmək xoşdur”

“Futbolçuları təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi və qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur”. Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 20-ci turunda “Qəbələ”yə 4:0 qalib gəldikləri oyundan sonra deyib.

Mütəxəssisin fikrincə, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə futbolçuların xeyrinə olacaq: “Müəyyən təşvişi çıxmaqla futbolçular hər şeyi düzgün etdi. Hesaba baxmayaraq, rəqib də yaxşı oyun nümayiş etdirdi, bizə çətinliklər törətdi. Seriyamızı davam etdirmək istəyirik. Millinin oyunları ilə əlaqədar yaranacaq fasilədə futbolçular da dincələr, zədəlilərimiz sağalar”.

Həmin kateqoriyadan