- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, 1-5 fevralda açıq Zaqreb turnirində iştirak etdikdən sonra, bu ölkənin paytaxtını tərk edən yığmamız Poreç şəhərinə yollanıb. Burada Xorvatiya, Finlandiya, Özbəkistan, Litva, Danimarka, Niderland, Çex Respublikası, İsveç, Qazaxıstan, Estoniya, Almaniya, Macarıstan, Fransa, ABŞ, Yaponiya, Bolqarıstan, Çin, İsveçrə, Polşa, Əlcəzair, Rumıniya, Avstriya və Norveç komandaları ilə toplanışına start verilib. Birgə hazırlıq taktiki-texniki çalışmalar üzərində qurulub.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə təlimə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi – 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (63 kq), Həsrət Cəfərov, Həsən Məmmədli (67 kq), Ülvü Qənizadə, Qurban Qurbanov (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (87 kq), Arif Niftullayev, Zamir Məhəmmədov, Murat Lokyayev (97 kq), Sabah Şəriəti, Beka Kandelaki və Sərxan Məmmədov (130 kq) qatılıblar.
Titullu güləşçilərimizdən Rafiq Hüseynov (82 kq) isə bərpanı Bakıda davam etdirir.