VİDEO
Yunan-Roma güləş yığmamız Minskdə hansı ölkələrlə hazırlaşır?

Yunan-Roma güləş millimiz Belarusda təlim-məşqi davam etdirir. Allsport.az saytı xəbər verir ki, Minskin “Stayki” olimpiya mərkəzində keçən hazırlıqda Belarus, Azərbaycan, Qazaxıstan və Özbəkistan iştirak edir. Fevralın 8-dən 25-dək davam edəcək toplanışda həm taktiki-texniki, həm də fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmalar həyata keçirilir.

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə qitə olimpiya təsnifatına hazırlıq xarakteri daşıyan TMT-də baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov  (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Zamir Məhəmmədov (97 kq), Beka Kandelaki və Sabah Şəriəti (130 kq) iştirak edirlər. 

Həmin kateqoriyadan