- Baxış sayı: 38
- 13 Yanvar 2025 19:02
- Baxış sayı: 581
- Yanvar 10, 2025
- 0
Təbrizdə 15 yaşadək yunan-Roma güləşçiləri arasında “Day of children” turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz ilk görüşdə İranın 2-ci komandasına qalib gəlib. Hesab 5:5 olsa da, fərdi görüşlərdə xalların fərqinə görə qələbə bizə verilib. Güləşçilərimiz sonra Gürcüstana (3:7) uduzaraq, yarışı 5-ci yerdə başa vurub.
Məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərlik etdiyi yığmada medallar şəxsi mübarizədə qazanılıb. Ruslan Nurullayev (68 kq) 1-ci, Tural Mehdiyev (44 kq), Cavidan Məmmədli (48 kq), Elmir Əliyev (52 kq) 2-ci, və Pərviz Dadaşov (41 kq) 3-cü olublar.
2-ci dərəcəli beynəlxalq hakim Zaur Şərifov yunan-Roma güləşçilərinin turnirində də ədaləti qoruyub.