- Baxış sayı: 173
- 19 Mart 2026 23:59
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

Yunan-Roma güləşçilərimiz yanvarın 10-da Gürcüstanda ilin ilk təlim-məşqinə başlayıb. Allsport.az saytı xəbər verir ki, millimiz Borjomi şəhərinin Bakuriani qəsəbəsində yerli komanda ilə birgə hazırlıq keçir.
Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən turizm bölgəsində təşkil olunan TMT-nin əsas hədəfi fiziki hazırlığı yüksəltməkdir. Hazırlığa xalça üzərində Gürcüstan millisinin üzvləri ilə keçirilən taktiki-texniki çalışmalar da daxildir.
Bahadırlar baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə ayın 25-dək qonşu ölkədə məşqləri davam etdirəcəklər.