- Baxış sayı: 59
- 18 Dekabr 2025 14:51
- Baxış sayı: 92
- Dekabr 19, 2025
- 0


Futzal üzrə dünya çempionatının əsas mərhələsində oktyabrın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyununa təyinatlar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, UEFA ogörüşü İsveçdən olan hakimlər briqadasına tapşırıb.
Teodoros-Putos idman zalında keçiriləcək matçın referiləri Ademir Avdic, David Qlavonjiç və George Jansizian olacaqlar. Hakim-inspektor funksiyasını Vilvo Borosak (Sloveniya) yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi Artur Admiral (Niderland) olacaq.